Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada “Su təsərrüfatlarının idarə edilməsində bələdiyyələrin rolunun artırılması və Sudan İstifadəedənlər Birliklərinin (SİB) fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda dəyirmi masa keçirilmişdir

27 noyabr 2025 | 11:02

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli 320 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2024–2027-ci illərdə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 9.2.1.3-cü bəndinin icrası ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dəyirmi masa keçirilmişdir.

Tədbirdə rayon İcra hakimiyyətinin, Ağstafa Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin, Suların İstifadəsinə Və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin   9 saylı Qazax-Tovuz Regional Bölməsinin, Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin məsul əməkdaşları, Sudan İstifadəedənlər Birliklərinin (SİB) rəhbərləri, bələdiyyə sədrləri və fermerlər iştirak etmişdir.

Tədbirin əsas məqsədi su təsərrüfatlarının idarə olunmasında bələdiyyələrin iştirakını gücləndirmək, Sudan İstifadəedənlər Birliklərinin fəaliyyətini daha səmərəli və şəffaf şəkildə qurmaq, eyni zamanda, su ehtiyatlarından dayanıqlı istifadəni təmin etməkdir.

Tədbirdə bələdiyyələrin balansında olan, habelə bələdiyyələrin ərazisində yerləşən, lakin heç bir qurumun balansında olmayan meliorasiya-irriqasiya sistemlərinin mövcud vəziyyəti müzakirə olunmuş, bu sistemlərin inventarlaşdırılması və gələcəkdə effektiv idarə olunması istiqamətində fikir mübadiləsi aparılmışdır.

Sonda iştirakçılara bu sahədə maarifləndirmə və koordinasiyanın gücləndirilməsi istiqamətində birgə fəaliyyətin vacibliyi vurğulanmışdır.

 

 

Keçidlər