Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada “Sudan səmərəli və qənaətli istifadə olunmasında istehlakçıların iştirakının təşviqi” ilə bağlı maarifləndirici aksiya keçirilib

25 dekabr 2025 | 16:29

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli  320 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının 9.3.4.1-ci yarımbəndinin icrası ilə bağlı rayon İcra hakimiyyətinin təşkilatçılığı və Ağstafa Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin dəstəyi ilə “Sudan səmərəli və qənaətli istifadə olunmasında istehlakçıların iştirakının təşviqi” ilə bağlı maarifləndirici tədbir  keçirilib.

Son illərdə su ehtiyatlarından səmərəli istifadə, əhalinin içməli su ilə təminatı, tullantı və lay sularının idarə olunması, su ehtiyatlarının tullantılardan mühafizəsi istiqamətində bir sıra işlər görülmüşdür. Ölkə əhalisinin təhlükəsiz içməli su ilə təmin edilməsi üçün boru kəmərlərinin çəkilişi və təmizləyici qurğuların qurulması üzrə iri miqyaslı layihələr icra edilmiş, eyni zamanda, mərkəzləşmiş kanalizasiya sistemlərinin yenidən qurulması, yeni kanalizasiya şəbəkələrinin çəkilməsi, mövcud tullantı sutəmizləyici qurğuların modernləşdirilməsi və yenilərinin inşası üzrə tədbirlər həyata keçirilmişdir.

Su ehtiyatlarının mümkün azalmalarının qarşısını almaq məqsədilə həyata keçirilən tədbirlərdən biri də sudan səmərəli və qənaətli istifadə olunması, təsərrüfat və məişətdə yolverilən su itkilərinin qarşısının azaldılmasıdır. Ən vacib məqamlardan biri isə əhalinin ekoloji mədəniyyətinin artırılmasıdır. Bu vasitə inkişaf etmiş ölkələrdə təbii resurslara qənaət etməyə imkan yaradan ən güclü vasitə hesab olunur. Suya qənaət etməyin ən yaxşı yolu əhalinin sudan istifadə etikasına düzgün əməl etməsidir.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmış və maarifləndirici bukletlər paylanılmışdır.

Keçidlər