Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada “Şüuraltının insan həyatında rolu” mövzusunda seminar keçirilib

16 may 2024 | 18:13

Bakı şəhərində fəaliyyət göstərən Thetahealing Terapiya və Tədris Mərkəzinin əməkdaşları tərəfindən Ağstafa şəhər 3 nömrəli tam orta məktəbin akt zalında təşkil olunan seminarda rayonun ümumtəhsil məktəblərinin psixoloqları və “Ağstafa Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin həkimləri iştirak ediblər.  

Geniş diskusiya şəraitində keçən seminarda tədris mərkəzinin rəhbəri Xavər Tağızadə və mərkəzin psixoloqları iştirakçıların suallarını cavablandırıblar.

Keçidlər