Ağstafada suvarma mövsümündə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair müşavirə keçirilib.
06 aprel 2023 | 19:29
Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatında Seymur Orucovun sədrliyi ilə keçirilən müşavirədə başçının müavinləri və aparatının şöbə müdirləri, rayonun su təsərrüfatı və meliorasiya strukturlarının, Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin və Sudan İstifadə Birliklərinin (SİB) məsul şəxsləri iştirak ediblər.
RİH başçısı müşavirəni giriş sözü ilə açaraq dövlətimiz tərəfindən aqrar sahəyə, kənd təsərrüfatı üzrə fəaliyyət göstərən sahibkarlara, fermerlərə göstərilən yüksək diqqət və qayğıdan söz açıb. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində Ağstafada içməli su və meliorasiya layihələrinin yüksək əhəmiyyətindən və bu istiqamətdə əldə olunan nəaliyyətlər barədə ətraflı məlumat verilib. Müşavirədə rayonda mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədi ilə fəaliyyət göstərən operativ qərargahın üzvlərinə müəyyən edilmiş suvarma qrafikinə riayət və növbəlik prinsiplərinə nəzarətin daha da artırılması, su istifadəçilərindən daxil olan şikayətlərə operativ qaydada baxılması, mütəmadi olaraq monitorinqlərin keçirilməsi kimi tapşırıqlar verilib, eləcə də su israfçılığına, habelə suvarma qrafikinin pozulmasına yol verən məsul şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlərin görüləcəyi bir daha diqqətə çatdırılıb.