Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” adlı tədbir keçirilib

07 noyabr 2023 | 18:52

YAP Ağstafa rayon Təşkilatının inzibati binasında təşkil olunan tədbirdən əvvəl rayon Heydər Əliyev Mərkəzinin önündə Ulu Öndərin abidəsi və Ağstafa şəhərinin mərkəzində inşa olunmuş “Şəhid” Memorial Abidə Kompleksi ziyarət olunub.  

Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, YAP Ağstafa rayon Təşkilatının əməkdaşları, şəhid ailələri, qazilər və Ərazi Partiya Təşkilatlarının və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Yeni Azərbaycan Partiyasının, müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon Təşkilatının sədri Etibar Hacıyev bildirib ki, üç il öncə başlayan Vətən müharibəsində Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların 30 il ərzində həll edə bilmədiyi və yaxud həll etmək istəmədiyi Qarabağ münaqişəsini həll edərək düşməni öz sərhədlərinə qədər qovub ərazi bütövlüyünü bərpa etmişdir.

RİH başçısı çıxışında diqqətə çatdırıb ki, bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı tarixi zəfərlər, bütün sahələr üzrə əldə etdiyi nailiyyətlər, beynəlxalq aləmdəki davamlı uğurlar məhz Ulu Öndər dühasının bəhrələridir. 

Digər natiqlər, Ağstafa şəhər 1 saylı tam orta məktəbin direktoru Ramiz Nəsirov, 3 saylı tam orta məktəbin direktor müavini Şəfəq Heydərli, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi Ağstafa rayon filialının sədri Mirzahid Hacıyev və rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova mövzu ətrafında geniş məruzələrlə çıxış ediblər. Qeyd olunub ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etməklə tarixinin ən şərəfli səhifəsini yazdı. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi qarşısında düşmən diz çökdü. Azərbaycan torpaqları düşmən işğalından azad olundu və bununla da xalqımızın əbədi olaraq doğma dədə-baba yurduna qayıdışı təmin edildi.

Sonra Tədbirdə YAP Ağstafa rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalına Fəxri Fərman, YAP sıralarına yeni qoşulmuş şəxslərə isə üzvlük vəsiqələri təqdim olunub, 8 Noyabr – Zəfər Gününə həsr edilmiş sənədli film nümayiş etdirilib.

Keçidlər