Ağstafada taxıl biçini davam edir
23 iyun 2026 | 18:21
Hazırda ölkəmizin digər bölgələrində olduğu kimi, təsərrüfat mövsümünə uyğun olaraq Ağstafa rayonunda taxıl biçini işləri davam edir. 2026-cı ilin məhsulu üçün rayon ərazisində ümumilikdə 8187,2 hektar taxıl bitkisi əkilmişdir. Məhsulun vaxtında və itkisiz yığılmasını təmin etmək, eləcə də optimal müddətdə başa çatdırmaq üçün bütün zəruri qabaqcıl tədbirlərin icrası diqqətdə saxlanılır. Mövsümdə bol taxıl məhsulunun yığılması gözlənilir.






