Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada taxıl biçini işləri sürətlə davam edir

08 iyul 2022 | 17:09

Bu gün Seymur Orucov  rayonun digər rəhbər şəxsləri ilə birlikdə Saloğlu qəsəbəsində taxıl sahəsində aparılan biçin işləri ilə yerində tanış oldu. Respublikamızın hər yerində, o cümlədən Ağstafa rayonunda arpa və taxıl biçini işləri davam edir.  Rayonda cari ilin məhsulu üçün 6952,0 hektarda taxıl, o cümlədən 2063,0 hektarda arpa əkilmişdir.  Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin nəticəsidir ki, zəmilərdə bol məhsul yetişdirilib. Bundan əlavə, taxıl biçininin müvafiq qaydalara uyğun şəkildə zəruri hazırlıq işləri görülüb. Biçinlə əlaqədar sahələrə əlavə kombayn cəlb edilib. Hazırda qısa vaxt ərzində 2063 hektar arpa sahəsinin 2050 hektarında biçin aparılıb. Qalan 13 hektar sahədə də biçin işləri sürətlə davam etdirilir. Biçin aparılmış sahələrdən bol məhsul tədarük olunub. Hər hektarın məhsuldarlığı orta hesabla 28.7 sentnerdir. Bu isə o deməkdir ki, bu il də Ağstafada taxılın məhsuldarlığı qənaətbəxş hesab olunur.

Keçidlər