Ağstafada Ulu Öndər Heydər Əliyevin 100 ilk yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycanda intibah dövrü" mövzusunda tədbir keçirilib
2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Ağstafa Aqrar-sənaye Kompleksində "Heydər Əliyev və Azərbaycanda intibah dövrü" mövzusunda tədbir keçirilib. Öncə Tədbir iştirakçıları tərəfindən Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub önünə gül dəstələri qoyulub. Tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, Azərbaycan Dövlət Aqrar Universitetinin siyasi elmlər üzrə fəlsəfə doktoru Ceyhun Hüseynov , ADA Universitetinin Qazax Mərkəzinin baş məsləhətçisi Yeganə Göyüşlü çıxış edərək bildiriblər ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu öndər Heydər Əliyev istər sovet hakimiyyəti dönəmində fəaliyyət göstərdiyi bütün sahələrdə, istərsə də müstəqillik dövründə daim öz xalqına ləyaqətlə xidmət etmiş, daxili sabitlik, qanunçuluq, sosial ədalət, milli həmrəylik təmin olunmuşdur. Eyni zamanda dövlət idarəçiliyinin, yeni iqtisadi, siyasi və sosial münasibətlərin, demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin əsasları formalaşdırılmış, bütün sahələr üzrə ölkənin inkişaf strategiyası hazırlanmış və həyata keçirilmişdir.
Çıxış edən natiqlər Ümummilli Lider Heydər Əliyev haqqında tədbir iştirakçıları ilə xatirələrini bölüşüb, dahi siyasətçi, görkəmli dövlət xadiminin şərəfli ömür yolu, Vətəni və xalqı qarşısındakı misilsiz xidmətlərindən söz açıblar.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən video filim tədbir iştirakçıları tərəfindən maraqla izlənilib.