Ağstafada Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar iməclik təşkil olunub
19 mart 2023 | 14:55
Xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illiyi münasibəti ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Ağstafa RİH-in Tədirlər Planına uyğun olaraq Gənclər parkında iməclik keçirilib. Belə ki, Ağstafa şəhər Gənclər parkında müxtəlif növ ağac tingləri əkilmiş, suvarılmış və aqrotexniki qulluq göstərilmişdir. Aksiyada RİH başçısı Seymur Orucov, müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri,könüllü gənclər eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.