Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib

02 mart 2026 | 11:22

Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamına uyğun olaraq "Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda gənclərin mülki müdafiəyə daimi hazırlığına nail olmaq məqsədi daşıyan maarifləndirici tədbir keçirilib.

“Ağstafa Gənclər evi” sosial xidmət müəssisəsində təşkil olunan tədbirdə Ağstafa RİH başçısı aparatının məsul şəxsi, rayon Mülki Müdafiə Qərərganının rəisi Vüqar Həsənov çıxış edərək bildirib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatı Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il 1 mart tarixində bu təşkilata üzv olan bütün ölkələrdə Ümumdünya Mülki Müdafiə Günü kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub və hər il onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir. Beynəlxalq Mülki Müdafiə Günü hər il bir mövzuya, o cümlədən 2026-cı il "Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusuna həsr edilib.

“Ağstafa Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Nicat Vəkilov, metodisti Kifayət Əlisgəndərova, Ağstafa rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Rəşad Abbasov mövzuya dair məruzələrlə çıxış edərək əhalinin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi və mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsindən söz açıblar.

Keçidlər