Ağstafada Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş yerli bələdiyyə komandaları arasındakı minifutbol üzrə xatirə turnirinin final oyunu keçirilib, qaliblər təltif olunublar
10 may 2025 | 15:18
Ağstafa RİH başçısı Seymur Orucov yüksək yerləri tutan komandalarının kapitanlarına müvafiq Diplom və kubokları təqdim edib. Ağstafanın 12 bələdiyyə komandasının iştirak etdiyi, olduqca gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirin yekununda 1-ci yeri Qırılı, 2-ci yeri Poylu və 3-cü yeri Göycəli bələdiyyəsinin komandaları tutublar.