Ağstafada “Uşaq Hüquqları Aylığı” çərçivəsində silsilə maarifləndirici görüşlər davam etdirilir
Ağstafa Rayon İcra Hakimiyyəti, Ağstafa Rayon Mərkəzi Xəstəxanası PHŞ və Ağstafa rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə Ağstafa rayonu Dağ Kəsəmən kəndi İlqar Salıfov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbi və Ağstafa rayonu Habil Əzizov adına Vurğun qəsəbə tam orta ümumtəhsil məktəbində “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Uşaqların sağlamlığının qorunması” mövzusunda görüş keçirilib.
Tədbirdə Komissiyanın üzvləri, tibb işçiləri və məktəbin müəllim kollektivi iştirak edib. Çıxış edənlər uşaqların sağlam böyüməsi üçün düzgün qidalanmanın, fiziki aktivliyin, şəxsi gigiyenanın və sağlam həyat tərzinin əhəmiyyətini vurğulayıb, şagirdləri maraqlandıran sualları cavablandırıblar.
Görüşün sonunda şagirdlərə maarifləndirici bukletlər paylanılıb.
“Uşaq Hüquqları Aylığı” çərçivəsində Ağstafa rayonunda uşaqların hüquqlarının qorunması, sağlamlığı və təhlükəsizliyi istiqamətində maarifləndirici tədbirlər davam etdirilir.






