Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaqların sağlamlığının qorunması” mövzusunda silsilə tədbirlər keçirilir

18 noyabr 2023 | 10:21

Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə təsdiqlənmiş müvafiq Tədbirlər Planına uyğun növbəti tədbir Ağstafa Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə keçirilib. Ağstafa şəhər Mədəniyyət Evində təşkil olunan konfransda məsul şəxslər, tibb işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirkaçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Konfransda çıxış edən həkimlər, Gültəkin Nəsirova, Zülfiyyə Rəhimova, Abdıyeva Pərvanə, Alidə Həsənova və psixioloq Azər Qurbanov sağlam həyat tərzi, sağlamlığın qorunması, sağlam ətraf mühitdə yaşamaq hüququ, uşaqlar və gənclər arasında narkomaniyaya və digər zərərli vərdişlərə qarşı sosial-hüquqi mübarizənin gücləndirilməsi barədə, eləcə də “Uşaqların zərərli informasiyadan qorunması” mövzusunda çıxışlar ediblər. Həmçinin uşaq hüquqları sahəsində qəbul olunmuş qanunlar, konvensiyalar, dövlətimiz tərəfindən uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən mühüm tədbirlər, milli xüsusiyyətlərin yad təsirlərə məruz qaldığı qloballaşan əsrdə uşaqların milli dəyərlər əsasında düzgün tərbiyə olunması və sağlam mühitdə yetişməsinin əhəmiyyəti barədə maarifləndirici söhbətlər aparılıb.

Keçidlər