Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada “Uşaq Hüquqları Aylığı” çərçivəsində yeniyetmələrin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş maarifləndirici tədbir keçirilib

19 noyabr 2026 | 17:45

Tədbir Ağstafa Rayon İcra Hakimiyyəti və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa rayon Komitəsinin birgə təşkilatçılığı ilə Vurğun qəsəbə tam orta məktəbin akt zalında keçirilib.

Əvvəlcə xalqımızın xilaskarı Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Ağstafa RİH başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Lalə Eyyubova, Ağstafa Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Qurban Qurbanov, ETİHİ Ağstafa rayon Komitəsinin sədri Elvira Əfəndiyeva, “Ağstafa Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin həkim-nevroloqu Vüqar Alıyev, müəllimlər, valideynlər və yeniyetmələr iştirak ediblər.

Çıxış edənlər müasir dövrdə uşaq və yeniyetmələrin düzgün istiqamətləndirilməsi, sağlam həyat tərzinə təşviqi və maarifləndirilməsi cəmiyyətin gələcəyi baxımından son dərəcə önəmli olduğunu, zərərli vərdişlər yalnız fərdi sağlamlığa deyil, həm də təhsil və sosial münasibətlərə mənfi təsir göstərdiyini vurğulayıblar. Qeyd olunub ki, ölkəmizdə gənclərin hərtərəfli inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Sağlam həyat tərzi, zərərli vərdişlərdən uzaq olmaq və ictimai fəaliyyətə fəal qoşulmaq gənclərin həm fərdi, həm də sosial uğurunun təməlidir.

Sonda tədbir iştirakçıları ilə rayon ərazisində narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün maarifləndirici tədbirlərin əhəmiyyəti, gənc nəslin sağlamlığının qorunması istiqamətində geniş fikir mübadiləsi aparılmışdır.

 

Keçidlər