Ağstafada Vətən müharibəsi iştirakçıları və qazilər ziyarət olunub
26 sentyabr 2026 | 19:40
27 Sentyabr – Anım Günü ilə əlaqədar Ağstafa rayonunda Vətən müharibəsi iştirakçıları və qazilər ziyarət olunub. Ziyarətlər zamanı Vətən müharibəsi iştirakçıları və qazilərlə görüşlər keçirilib, onların qayğı və ehtiyacları ilə maraqlanılıb. Göstərdikləri qəhrəmanlıq və fədakarlıq yüksək qiymətləndirilib, Vətən müharibəsi iştirakçılarına və qazilərə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyi bildirilib. Görüşlərdə 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının əldə etdiyi tarixi Qələbənin əhəmiyyəti vurğulanıb, şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.






