Ağstafada vətəndaşlara xidmət göstərən əsas ticarət və digər obyektlərdəki mövcud şərait diqqət mərkəzində saxlanılır
24 may 2022 | 14:41
Ağstafa rayon Mərkəzi bazarında mövcud sanitar-epidemioloji vəziyyət növbəti dəfə araşdırılıb, satıcı və alıcılarla profilaktik söhbətlər aparılıb. Mərkəzi bazarın idarəçiliyinə məsul şəxslərə əhaliyə daha keyfiyyətli xidmətlərin göstərilməsi barədə müvafiq tövsiyələr verilib. Həmçinin Ağstafa şəhər mərkəzində vətəndaşlara xidmət göstərən ticarət və digər obyektlərdəki mövcud şərait də nəzərdən keçirilib.