Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada vətəndaşların növbəti səyyar qəbulu Pirili kənd yaşayış məntəqəsində keçirilib

14 noyabr 2024 | 15:42
 Ölkə rəhbərliyinin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq respublikanın hər yerində, o cümlədən Ağstafa rayonunun şəhər, qəsəbə və kəndlərində vətəndaşların səyyar qəbulları davam etdirilir. Ağstafa RİH başçısı Seymur Orucovun müvafiq qrafikə uyğun olaraq Pirili kənd folklor evinin binasında keçirdiyi növbəti səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti təşkilatların rəhbər şəxsləri, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. RİH başçısı çıxışında qeyd edib ki, indiyədək bir çox mühüm tədbirlərə ev sahibliyi etmiş ölkəmizdə noyabrın 11-dən etibarən dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 keçirilir. Bu qərar ilk növbədə, Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi, güclü diplomatiyanın göstəricisi və ölkəmizin etibarlı tərəfdaş nüfuzunun ifadəsidir. Bu namizədliyin birmənalı şəkildə dəstəklənməsi beynəlxalq arenada Azərbaycana göstərilmiş böyük etimaddır. Bu gün ölkəmiz iqtisadi, siyasi, humanitar mərkəz kimi dünyanın diqqət mərkəzindədir.  Səyyar qəbulda vətəndaşların müraciətlərinə dair qanunamüvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli tədbirləri müəyyən edilib. Aidiyyəti üzrə məsul şəxslərə nəzarət qaydasında konkret tapşırıqlar verilib. 
Keçidlər