Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada vətəndaşların növbəti səyyar qəbulu ucqar Sadıqlı kəndində keçirilib

04 dekabr 2025 | 16:15

Ölkə rəhbərliyinin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov yerlərdə vətəndaşların səyyar qəbullarını və əhali ilə görüşlərini davam etdirir. Sadıqlı kənd tam orta məktəb binasında təşkil olunan növbəti səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti üzrə təşkilatların və xidmət sahələrinin məsul şəxsləri, kənd sakinləri iştirak ediblər.

Səyyar qəbulda vətəndaşların müxtəlif məzmunlu müraciətlərinin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi, eləcə də yerli icra hakimiyyətinin səlahiyyətinə aid olmayan məsələlərin müvafiq qurumlara çatdırılması istiqamətində aidiyyəti üzrə məsul şəxslərə nəzarət qaydasında tapşırıqlar verilib.

Keçidlər