Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada vətəndaşların səyyar qəbulunun növbəti ünvanı Poylu kənd yaşayış məntəqəsi olub

09 aprel 2026 | 15:53

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov vətəndaşların növbəti səyyar qəbulunu Poylu kəndində keçirib. Müvafiq qrafik əsasında kəndin tam orta məktəb binasında təşkil olunan səyyar qəbulda  aidiyyəti üzrə idarə, müəssisə və təşkilatların məsul şəxsləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

RİH başçısı qəbulda vətəndaşların müraciət və təkliflərini qəbul edib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi istiqamətində məsul şəxslərə nəzarət qaydasında tapşırıqlarını verib.

 

Keçidlər