Ağstafada Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub
Fevralın 26-da Bakı vaxtı ilə saat 17:00-da respublikamızın hər yerində olduğu kimi, Ağstafa rayonu ərazisində də Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sükut dəqiqəsində küçələrdə nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. şəhər, qəsəbə və kəndlərdə Azərbaycanın dövlət bayraqları endirilib. Qeyd edək ki, Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 487 nəfər yaralanıb, 1275 nəfər girov götürülüb. Qətlə yetirilənlərin 63-ü uşaqlar, 106-sı qadınlar, 70-i qocalar olub. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Girov götürülənlərdən 150 nəfərin taleyi hələ də məlum deyil.
Allah şəhidlərimizə rəhmət eləsin!