Ağstafada Xocalı Soyqırımının qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
26 fevral 2026 | 18:49
Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Ağstafa şəhərinin mərkəzində Şəhidlər memorial abidə kompleksi ziyarət olunub. Anım tədbirində Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Memorail kompleksin əbədi məşəli önünə əklil qoyulub, müqəddəs üçrəngli bayrağımızın üzərindəki ayparanı simvolizə edən abidənin üstünə qızılgül və tər qərənfillər düzülüb.






