Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada xüsusi mühafizə olunan təbiət ərazilərində yanğın hadisələrinin qarşısının alınması məqsədilə ekoloji maarifləndirmə tədbiri keçirilib

14 aprel 2026 | 14:52

 Tədbir rayonun Sadıqlı kəndində Ağstafa Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin və Qarayazı Dövlət Təbiət Qoruğunun birgə təşkilatçılığı ilə həyata keçirilib. Tədbirdə təşkilatçıların məsul əməkdaşları, eləcə də Qarayazı Dövlət Təbiət Qoruğu ətrafında yerləşən yaşayış məntəqələrinin sakinləri, fermerlər və mülkiyyətçilər iştirak ediblər.

Yaz mövsümünün başlanması, havaların isinməsi və kənd təsərrüfatı işlərinin intensivləşməsi ilə əlaqədar olaraq, yanğın risklərinin gözlənilən olması, xüsusilə fermerlər tərəfindən tarlalarda quru ot və bitki qalıqlarının yandırılması halları xüsusi mühafizə olunan ərazilərə keçərək təbiətə bərpaolunmaz zərər vura biləcəyi, ekoloji maarifləndirmə tədbirində xüsusi mühafizə olunan təbiət ərazilərində yanğın hadisələrinin qarşısının alınması məqsədilə tədbir iştirakçılarına yanğın təhlükəsizliyi qaydaları barədə geniş məlumat verilib. Quru ot və bitki qalıqlarının yandırılmasının qəti qadağan olunması, bu növ hadisələrin törədilməsinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ciddi inzibati və ya cinayət məsuliyyətinə səbəb olacağı xüsusi olaraq diqqətə çatdırılıb.

 

Keçidlər