Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib

25 oktyabr 2022 | 14:34

Oktyabrın 25-də Ağstafa rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər. Sonra Ağstafa rayon “Şəhid” Memorial abidə kompleksi ziyarət olunub, abidə kompleksinin önünə gül dəstələri düzülüb. Əvvəlcə Heydər Əliyev Mərkəzinə ekskursiya olub. Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən şəkillərə baxılıb. Azərbaycanın Dövlət Himni səsləndirilib, müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin və müstəqilliyimizin, ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarından keçən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətini özündə əks etdirən film nümayiş olunub. Tədbirdə geniş məruzə ilə çıxış edən YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev bildirib ki, xalqın partiyası kimi tanınan Yeni Azərbaycan Partiyası bütün istəkləri, arzuları birləşdirir. Yeni Azərbaycan Partiyası artıq 30 ildir ki, respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edir, xalqın sevgisini və dəstəyini qazanır, ölkədə sabitliyin təminatında avanqard rolunu davam etdirir. Çıxış edən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Yeni Azərbaycan Partiyasının zərurətdən yaranmış avanqard qüvvə olduğunu bildirib. O dövrdə baş verən hadisələrdən, partiyanın yaranmasından və hazırda xalqın öz liderinə olan inamından bəhs edib. O, partiyamızın Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf və qələbə yolunda əmin addımlarla irəlilədiyini söyləyib. Çıxış edən Milli Məclisin deputatı Nizami Cəfərov vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın tarixində çox böyük bir hadisədir. Yeni Azərbaycan Partiyası partiya quruculuğunun mütərəqqi prinsiplərini hər zaman əsas tutub. Partiyanın idealı yeni, müstəqil Azərbaycan yaratmaq olub. YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə çıxışında 44 günlük Vətən müharibəsindən bəhs edib. Şəhid ailələrinə göstərilən diqqət və qayğını xüsusilə vurğulayıb. O, Yeni Azərbaycan Partiyasının ən böyük amalının xalqa xidmət etmək olduğunu söyləyib. Daha sonra çıxış edən 44 günlük Vətən müharibəsinin iştirakçısı, qazi Kamil Hüseynov və partiya fəalı, Zəlimxan kənd tam orta məktəbin direktoru Qalib Cəfərov bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu düşməni Qarabağda ağır məğlubiyyətə uğratdı. İndi artıq Qarabağda və Şərqi Zəngəzurda geniş quruculuq işləri görülür. Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.

Keçidlər