Ağstafada “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən aksiyada rayonun aqrar sahəsində fəaliyyət göstərən strukturlar da iştirak edib
24 oktyabr 2024 | 16:26
Ağstafada “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən genişmiqyaslı ağacəkmə aksiyasında rayonun aqrar sahəsində fəaliyyət göstərən strukturların əmək kollektivləri də sağlam ekoloji mühit naminə səylərini əsirgəməyiblər. Belə ki, Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzi, “Aqroservis” ASC-nin Şəmkir Regional Nümayəndəliyinin Ağstafa rayon bölməsi və Ağstafa rayon Heyvan Sağlamlığı Baytarlıq Xidmətləri İdarəsinin əmək kollektivlərinin üzvləri Bakı-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun Qarahəsənli kəndi ərazisindən keçən hissələri boyunca təşkil olunan ağacəkmə aksiyasında RİH başçısı ilə birgə sərv ağacları əkib, əkilən tinglərə zəruri aqrotexniki qulluq göstəriblər.