Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində elektrik enerjisindən qənaətlə istifadənin təmin edilməsi məqsədilə əhali arasında maarifləndirmə işləri davam etdirilir

24 oktyabr 2024 | 11:02

Maarifləndirici görüşlərdə Ağstafa RİH-in, Elektrik Şəbəkəsinin, yerli özünüidarəetmə orqanlarının məsul əməkdaşları və ictimaiyyət nümayındələri iştirak edirlər. Tədbirlərdə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin yüksək əhəmiyyətindən, dünyanı narahat edən qlobal problemlərdən iqlim dəyişmələrindən və canlı aləmə təsirindən bəhs olunur. Elektrik enerjisindən qənaət etmək, qısa qapanma, yanğın kimi narahatçılıqlardan, ətrafa yarada biləcək təhlükələrin azalmasına yardımçı olmaq, eləcə də ətraf mühitin qorunması və mühafizəsi sahəsində görülən işlərdə hər bir vətəndaşın üzərinə düşən məsuliyyətlər barədə maarifləndirici söhbətlər aparılır. Vətəndaşların qaldırdıqları məsələlərə dair fikir mübadilələri aparılır.

Keçidlər