Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş "Elmli həyat, yaşıllıq yarat" adlı tədbir keçirilib

07 noyabr 2024 | 10:50

Ağstafa rayon Heydər Əliyev Mərkəzində Ağstafa Rayon İcra Hakimiyyətinin, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin və Ağstafa rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdən əvvəl Dövlət Himnimiz səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayonun məktəbəqədər, ümumi və məktəbdənkənar təhsil müəssisələrinin təhsilalanlarının məişət tullantılarından hazırladıqları əl işlərindən ibarət sərgi və biri-birindən rəngarəng bədii səhnəciklər böyük rəğbətlə qarşılanıb.

Tədbirin keçirilməsinin əsas məqsədi Prezident İlham Əliyevin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili”nin elan edilməsi barədə imzaladığı Sərəncamdan irəli gələn tədbirlər çərçivəsində ekoloji mədəniyyəti, təbiətə həssas münasibəti təbliğ etmək, yaşıllıqlara qayğı ilə yanaşmağın zəruriliyinə diqqət çəkməkdən ibarət olub.

Çıxışlarda dünyanı narahat edən ekoloji problemlərdən, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən geniş bəhs olunub.

 

Keçidlər