Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada “Yaşıl Dünya Naminə Həmrəylik ili”nə həsr olunmuş şagird və valideynlərdən ibarət komandalar arasında intellektual bilik yarışı keçirilib

22 oktyabr 2024 | 09:45
Rayonun ümumtəhsil məktəbləri üzrə ümumilikdə otuz komandanın iştirak etdiyi bilik yarışı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi, Ağstafa Rayon İcra Hakimiyyəti, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayonu üzrə Təhsil sektoru və “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun birgə təşkilatçılığı ilə baş tutub.
Həsənsu kənd tam orta məktəb binasında təşkil olunan yarışdan əvvəl Dövlət Himnimiz səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Aaçılış mərasimində qeyd olunub ki, fərqli formatda keçirilən bilik yarışının əsas məqsədi gənc nəslin sağlam ətraf mühitin formaşaldırılması, yaşıllıqların qorunması və bərpası sahəsində biliklərini artırmaq, bölgənin, o cümlədən qoruq ərazisində yerləşən abidələrin tanıdılması, eyni zamanda, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkilindən ibarətdir.
Üç mərhələli yarışda komandalar ölkəmizdə 2024-cü il “Yaşıl Dünya Naminə Həmrəylik ili”nin elan edilməsi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun işğal altında olan torpaqlarımızın azad etməsi və hazırda Böyük Qayıdış proqramı çərçivəsində icra olunan tədbirlərə, o cümlədən bölgəmizin tarixi irsinə aid verilən suallar üzrə yarışıblar.
Münsiflər heyətinin yekun rəyinə əsasən 1-ci yerə Dağ Kəsəmən kənd 1 nömrəli tam orta məktəbin “Füzuli", 2-ci yerə Alı Mustafayev adına Həsənsu kənd tam orta məktəbin “Xocalı” və 3-cü yerə Azər Yusifli adına Böyük Kəsik kənd tam orta məktəbin “Zəngilan” komandaları layiq görülüblər. Qaliblər müvafiq sertifikatlar, qoruğa məxsus çap məhsullarından ibarət hədiyyə paketləri və digər hədiyyələrlə təltif olunublar.
Qoruq ərazisindən aşkarlanmış maddi-mədəniyyət nümunələri və qoruğa məxsus çap məhsullarından ibarət sərgilər də intellektual tədbirə xüsusi rəng qatıb.
Keçidlər