Ağstafada yeniyetmələr arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş voleybol üzrə rayon birinciliyi keçirilib
Ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar respublikamızın bütün yerlərində olduğu kimi Ağstafa rayonunda da silsilə tədbirlər keçirilir. Növbəti belə tədbir Ağstafa şəhər 1 saylı tam orta məktəbin idman zalında rayonun iyirmi ümumtəhsil müəssisəsini təmsil edən 2007-2008-ci il təvəllüdlü oğlanlardan ibarət komandalar arasında keçirilən voleybol üzrə birincilik olub. Ağstafa rayonu üzrə Gənclər və İdman və Təhsil sektorlarının birgə təşkilatçılığı ilə üç gün ərzində gərgin və maraqlı idman mübarizəsi şəraitində davam edən yarışın yekununda 1-ci yerə Qıraq Kəsəmən kənd, 2-ci yerə Həsənsu kənd və 3-cü yerə Ağstafa şəhər 1 nömrəli tam orta məktəblərin komandaları çıxıblar. Yüksək yerləri tutan komandalar Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin və Qazax-Tovuz Regional Təhsil İdarəsinin diplom və kubokları ilə təltif olunublar.