Ağstafada yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan abituriyentlərlə görüş keçirilib
Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, müavinləri, təhsil sahəsinin məsul şəxsləri və valideynlər iştirak ediblər.
Seymur Orucov çıxış edərək tələbə adını qazanmış abituriyentləri təbrik edib, ölkəmizdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil sahəsinə göstərdikləri yüksək diqqət və qayğıdan, Ağstafa rayonunda ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində icra olunan tədbirlərdən söz açıb.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayonu üzrə Təhsil Sektorunun müdiri Mədət Zeynalov məruzəsində bildirib ki, 2022-ci ildə abituryentlərin 59%-dan çoxu ali məktəblərə qəbul olmuşdurlar ki, bu da ötən illə müqayisədə daha yüksək nəticə deməkdir. Belə ki, 700 nəfər məzundan ali mətkəblərə daxil olmuş 289 nəfərdən 25-i 500-dən, 10 nəfəri isə 600-dən çox bal toplamışdır.
Çıxış edən abituriyentlər hər zaman təhsilə göstərilən yüksək dövlət qayğısına görə ağstafalı tələbələr adından ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.
Görüşün sonunda tələbələr Ağstafa Rayon İcra Hakimiyyətinin fəxri fərman və hədiyyələri ilə təltif olunublar.