Ağstafada yuxarı sinif şagirdləri üçün “Heydər Əliyev məktəbi” layihəsi çərçivəsində dərslər uğurla davam etdirilir
Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə rayonun Heydər Əliyev Mərkəzində Ulu Öndərin irsinin şagirdlər tərəfindən öyrənilməsi məqsədilə “Heydər Əliyev məktəbi” layihəsi uğurla icra olunur.
Müvafiq qrafik əsasında rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri tarix müəllimləri, Ağstafa RİH başçısı aparatının və Mərkəzin məsul şəxslərinin müşayiəti ilə Heydər Əliyev Mərkəzinə ekskursiya edir, muzey salonlarında sərgilənən eksponotlarda Ulu Öndərin həyat və fəaliyyətini ehtiva edən tarixi fotolar haqqında ətraflı məlumatlar əldə edirlər. Dərslərdə Ümummilli Liderin dövlətçilik ideyalarının elmi-nəzəri əsasları, idarəçilik məharəti, çoxcəhətli səmərəli fəaliyyəti barədə geniş məruzələr şagirdlərin diqqətinə çatdırılır, mövzulara dair onları maraqlandıran suallar cavablandırılır.
Dərs prosesləri müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmin nümayişi ilə davam etdirilir.