Ağstafalı 20 Yanvar şəhidimiz Habil Kommunar oğlu Əzizovun məzarı və doğma evində ailəsi ziyarət olunub
Anım tədbirində Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının, YAP Ağstafa rayon Təşkilatının, rayon Gənclər və İdman İdarəsinin məsul əməkdaşları, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Vurğun qəsəbə qəbirstanlığında Habil Əzizovun məzarı üzərinə tər qərənfillər düzülüb, 20 Yanvar şəhidlərinin ruhuna dualar oxunub, əziz xatirələri ehtiramla anılıb.
Sonra Habilin boya-başa çatdığı doğma evi ziyarət olunub, onunla bağlı əziz xatirələr bir daha yad edilib. Söhbət zamanı şəhidimizin ailə üzvləri, Zinayə ana və qardaşı İlqar Əzizov ölkəmizdə bütün şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Habil Əzizov “20 Yanvar şəhidi” və “Azadlıq uğrunda mübariz” fəxri adlarına layiq görülübdür.
Allah şəhidlərimizə rəhmət eləsin!