Ağstafalı Birinci Qarabağ müharibəsinin mülki şəhidi Yunis Hüseynovun həyat yoldaşı vəfat edib
07 iyul 2026 | 18:35
Ağstafa rayonunun Köhnəqışlaq kəndindən olan Birinci Qarabağ müharibəsinin mülki şəhidi Hüseynov Yunis Hacıkərim oğlunun həyat yoldaşı Bəsti Hüseynova 73 yaşında dünyasını dəyişib.
Bəsti ananın vəfatı ilə əlaqədar doğma Könhəqışlaq kəndindəki evində təşkil olunan mərasimdə, o cümlədən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, məsul şəxslər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edərək ailə üzvlərinə, yaxınlarına dərin hüznlə başsağlığı diləyiblər. Mərasimdə ölkəmizin azadlığı və suverenliyi naminə şəhid olmuş Vətən övladlarının əziz xatirələri ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Allahdan şəhidlərimizə rəhmət diləyir, onların ailə üzvlərinə, doğmalarına firəvan və sağlam ömür arzu edirik!






