Ağstafalı fermerlərlə kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin vacibliyi barədə maarifləndirici görüş keçirilib
Görüş Ağstafa RİH-nin təşkilatçılığı, Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz Regional Bölməsinin, Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin və Ağstafa Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin dəstəyi ilə keçirilib.
Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında keçirilən görüşdə çıxış edən məsul şəxslər Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydaları”na əsasən, heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət etmək məqsədilə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin məcburiliyindən, identikləşdirmə işlərinin aparılması üçün heyvanların fərdi qaydada birkalanmasından (nişanlanmasından) və heyvanların birkalanması (nişanlanması) üçün AQTA tərəfindən müəyyən edilmiş xüsusi tanınma nömrəsindən istifadə olunmasından söz açıblar.
Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb.