Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafalı ictimaiyyət nümayəndələri Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzi və İncəsənət Mərkəzini ziyarət ediblər

16 oktyabr 2025 | 09:53

Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubovanın müşayiət etdiyi ağstafalı ictimaiyyət, mədəniyyət və incəsənət nümayəndələri Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzi və yeni fəaliyyətə başlamış İncəsənət Mərkəzini ziyarət ediblər.

Seminariyanın baş məsləhətçisi Yeganə Göyüşlü Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzinin istifadəyə verilməsi münasibətilə 2023-cü ilin 7 avqustunda Prezident İlham Əliyevin iştirakı ilə keçirilən səfəri diqqətə çatdıraraq təhsil ocağının tarixi və orada yaradılan yüksək şərait barədə ətraflı məlumat verib, ziyarətçiləri maraqlandıran sualları cavablandırıb. Bildirilib ki, müvafiq layihə üzrə həyata keçirilən bərpa və rekonstruksiya işlərindən sonra tarixi İsrafil ağa hamamı Qazax Müəllimlər Seminariyasının İncəsənət Mərkəzi kimi təsis olunub.

Hüseyin Arif adına Ağstafa şəhər Uşaq Musiqi Məktəbinin müəllimlərinin təqdimatında milli muğam musiqilərimiz və bəstəkar mahnıları da ziyarətə xüsusi rəng qatıb.  

Keçidlər