Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafalı karateçilər Paytaxtımızda təşkil olunan beynəlxalq turnirdə 2 qızıl, 1 gümüş və 4 bürünc, ümumilikdə yeddi medal qazanaraq yüksək nəaliyyətlərə imza atıblar.

31 avqust 2022 | 10:23

27-28 avqust, 2022-ci il tarixlərində Avropa Karate Federasiyasının təqvim planına uyğun olaraq Bakı İdman Sarayında "Olympic Hopes 2022" Uşaqlar arasında beynəlxalq karate turniri keçirilib. İlk dəfə olaraq ölkəmizdə təşkil olunan turnirdə Küveyt, Qazaxıstan, Özbəkistan, Litva, Türkiyə, İran, ABŞ və Azərbaycanın bölgələrindən ümumilikdə 53 komanda iştirak edib. Ağstafa rayon komandası məşqçi Namiq Həsənovun rəhbərliyi ilə yarışda 14 nəfərdən ibarət heyətlə təmsil olunub.   

Yarışın birinci günündə medal uğrunda  mübarizəyə qoşulan 10-11 yaşlılar arasında Elgiz Qasımov (30 kq) və Yusif Kərimli (40 kq) 1-ci, Abdulla Hüseynov (45 kq) və Uğur Mollayev  (50 kq) isə 3-cü yerləri təmin edərək komandalarına müvafiq olaraq qızıl və bürünc medallar qazandırıblar.

Yarışın İkinci günündə isə qızlar arasında 10-11 yaşda Zəhra Babayeva (42 kq) 2-ci, 12-13 yaşda Ayan Abduyeva  (37 kq) və Lalə Qasımova (47 kq) 3-cü yerləri gərgin mübarizələrlə əldə edərək adlarını mükafatçılar sırasına əlavə etdirməyi bacarıblar.

İdmançılarımızı yüksək nəaliyyətləri münasibəti ilə təbirk edir, onlara gələcəkdə daha yüksək müvəffəqiyyətlər arzu edirik.

Keçidlər