Ağstafalı karateçilər Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə paytaxtımızda təşkil olunan karate turnirində 5 medal qazanıblar
Ağstafalı karateçilər Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə paytaxtımızda təşkil olunan karate turnirində 2 qızıl, 1 gümüş və 2 bürünc, ümumilikdə 5 medal qazanaraq yüksək nəaliyyətlərə imza atıblar.
14-16 aprel, 2023-cü il tarixlərində Azərbaycan Karate Federasiyaları Asossiasiyasının təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Kompleksində uşaq və yeniyetmələr arasında karate turniri keçirilib. Müxtəlif bölgələrdən 53 komandanın ümumilikdə 900 nəfərədək karateçisinin iştirak etdiyi turnirdə Ağstafa rayon komandası məşqçi Namiq Həsənovun rəhbərliyi ilə oğlan və qızların yer aldığı 15 nəfərlik heyətlə təmsil olunub.
Yarışın birinci günündə medal uğrunda mübarizəyə qoşulan 14-15 yaşlı yeniyetmələr arasında Ayan Abduyeva (42 kq) 2-ci yerə, yarışın üçüncü günündə isə 12-13 yaşlı uşaqlar arasında mübarizəyə qoşulan Zəhra Babayeva (37 kq) və Ayxan Əhmədov (45 kq) 1-ci yerə, Eldar Bağırov (50 kq) və Xədicə Hüseynova (37 kq) 3-cü yerə layiq görülərək fəxri kürsüdə mükafatçılar sırasında dayanıblar.
İdmançılarımızı bu cür yüksək əhəmiyyətli turnirdə qazandıqları böyük nəaliyyətləri münasibəti ilə təbirk edir, onlara gələcəkdə daha yüksək müvəffəqiyyətlər arzu edirik.