Ağstafalı məktəblilər arasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş mini futbol turniri keçirilib
Ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli”nin elan edilməsi ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq 2011–2012-ci il təvəllüdlü şagirdlərdən ibarət komandalar arasında minifutbol üzrə rayon turniri keçirilib.
İdman yarışına ölkəmizin azadlığı və suverenliyi uğrunda canını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə start verilib.
Ümumilikdə Ağstafa rayonunun 8 ümumtəhsil tam orta məktəbin komandasının mübarizə apardığı yarışın yekununda 1-ci yeri Həsənsu kənd, 2-ci yeri Vurğun qəsəbə, 3-cü yeri isə Qaçaq Kərəm kənd tam orta məktəblərin komandaları tutublar.
Öz növbəsində qalib komandalar Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin müvafiq diplomları ilə təltif olunublar.






