Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafalı meliorasiya işçiləri Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə bayramını qeyd ediblər.

04 iyun 2022 | 11:31

Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin abidəsini ziyarət edib önünə gül dəstələri düzərək dahi rəhbərə öz ehtiramlarını ifadə ediblər.

Sonra Ağstafa rayon Şəhidlər Xiyabanı ziyarət olunaraq ölkəmizin suverenliyi uğrunda şəhid olmuş Vətən oğullarının əziz xatirəsi dərin ehtiramla anılıb.

Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Meliorasiya İşçilərini peşə bayramları münasibəti ilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb. Çıxış edənlər xalqımızın ümummilli lideri Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi su təsərrüfatı sektorunda da böyük uğurların qazanılması, əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması üçün genişmiqyaslı işlərin görülməsi, təxirəsalınmaz layihələrin həyata keçirilməsi barədə geniş söz açıblar.

Peşə bayramı günündə fəaliyyətlərində fərqlənən rayonun su təsərrüfatı və meliorasiya işçiləri müvafiq Fəxri Fərmanlarla təltif olunublar.

 

Keçidlər