Ağstafalı qocaman şair Nəriman Mehdixanlı “Azərbaycan əsgəri” şeirini Müzəffər Ordumuzun mərd əsgərlərinə ithaf edir.
Nəriman Mehdixan oğlu Mehdiyev 1936-cı il mayın 1-də Ağstafa rayonunun Köçəsgər kəndində doğulub. İndiki Həsənsu kənd tam orta məktəbini bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və mühəndis ixtisası üzrə ali təhsil almışdır. Uzun müddət Zaqafqaziya Magistral Qaz Kəmərləri İdarəsində mühəndis, sahə rəisi və baş mühəndis işləmişdir. Gəncliyindən bədii yaradıcılıqla məşğul olan N.Mehdixanlı ayrı-ayrı illərdə bir neçə şeirlər toplusunda müxtəlif mövzulu şeirlərin müəllifidir. Sonrakı illərdə isə üç şeir kitabı işığ üzü görmüşdür. Hazırda da doğma kəndində yaşayan el şairi yenə də bədii yaradıcılığını davam etdirir. O, 2011-ci ildən Azərbaycan Yazıçılar Birliyin üzvüdür. Üç oğul və iki qızı övladı var.