Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafalı şagirdlərin təqdimatında ulu öndər Heydər Əliyevin DTK-dakı fəaliyyətinə həsr olunmuş tamaşa nümayiş etdirilib

06 may 2022 | 19:10

Ağstafa şəhər 1 saylı tam orta məktəb şagirdlərinin təqdimatında DTK-da ilk azərbaycanlı general olan dahi şəxsiyyət, uzaqgörən lider Heydər Əliyevin bu strukturda fəaliyyət göstərdiyi dövrdən bəhs edən tamaşa nümayiş etdirilib.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun rəhbər şəxsləri ilə birlikdə tamaşanı izləyib, təhsil ocağında tədris prosesinin təşkili və mövcud şəraitlə yaxından tanış olub.  
Ramiz Nəsirovun eyni adlı pyesi əsasında tamaşaya qoyulan "Gecikmiş fərman", ulu öndər Heydər Əliyevin vaxtı ilə DTK strukturuna soxulmuş erməni millətçilərinə qarşı təmkinli mübarizəsindən, erməni polkovnik Qriqoryanın əsl simasını ortaya çıxarmasından və Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verilməsinə nail olmasından bəhs edir.
Böyük maraq və alqışlarla izlənən tamaşadan sonra, yaradıcı müəllim və şagird heyətinə dərin minnətdarlıq ifadə olunub.

Keçidlər