Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafalı şəhidimiz, Azərbaycan Ordusunun giziri Elşad Qabil oğlu Həsənov izdihamla torpağa tapşırılıb

12 aprel 2023 | 15:56

Aprelin 11-də Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçusu, Ağstafa rayonunun Xətai kəndindən olan Həsənov Elşad Qabil oğlu xidməti döyüş tapşırığını şərəflə yerinə yetirən zaman şəhidlik zirvəsinə ucalıb.  

Şəhidimiz bu gün Ağstafa rayon Şəhidlər Xiyabanında böyük izdihamla dəfn olunub. Dəfn mərasimində Vətən oğlunun ailə üzvləri, doğmaları ilə yanaşı Ağstafa RİH başçısı Seymur Orucov, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidimizin hərbçi yoldaşları, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Allah şəhidlərimizə rəhmət eləsin!

Keçidlər