Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafalı Vətən Müharibəsi Qəhrəmanı Azər Yusifliyə həsr olunmuş “Vətənin Azəri” sənədli filminin nümayişi keçirilib

01 may 2026 | 16:51

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsiyəyə gələn filmin təqdimatı Ağstafa rayon Heydər Əliyev Mərkəzində təşkil olunub və məsul şəxslər, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Qəhrəmanın atası Nazim Yusifov, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi Barat Vüsal, filmin rejissoru Kəmalə Musazadə, döyüş yoldaşı, baş gizir Cavidan Səfərov Azər Yusiflinin keçdiyi şərəfli ömür və döyüş yollarından söz açıb, ölkəmizdə şəhidlərimizin adlarının əbədiləşdirilməsi üçün həyata keçirilən tədbirlərdən, eyniz zamanda, onların doğmalarını, eləcə də qazilərimizi və müharibə veteranlarını hərtərəfli diqqət və qayğı ilə əhatə edən dövlət siyasətindən bəhs ediblər.

Film tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Keçidlər