Ağstafalı yeniyetmə və gənclər arasında tir atıcılığı üzrə turnir təşkil olunub
2025-ci il Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli"nə dair Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, o cümlədən yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi, onların intellektual səviyyələrinin artırılması və sağlam həyat tərzinin təbliği yönündə də müxtəlif növ tədbirlər təşkil olunur. Növbəti belə tədbir, Ağstafa şəhəri, “Tir atıcılığı” klubunda Ağstafa rayonu üzrə Gənclər və İdman, rayon Təhsil sektorlarının birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında pnevmatik silahdan güllə atıcılığı üzrə keçirilən turnir olub.
Gərgin idman mübarizəsi şəraitində keçən və 30-dan çox atıcının qatıldığı yarışın qalibləri Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin müvafiq diplomları ilə təltif olunublar.






