Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafalı yuxarı sinif şagirdləri üçün “Heydər Əliyev müasir Azərbaycanın memarı və qurucusudur” mövzusunda növbəti maarifləndirici dərs keçirilib

22 may 2026 | 17:10

2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyətinin müvafiq Tədbirlər Planına uyğun olaraq, o cümlədən ağstafalı yuxarı sinif şagirdləri üçün Heydər Əliyev Mərkəzində maarifləndirici dərslər davam etdirilir. “Heydər Əliyev müasir Azərbaycanın memarı və qurucusudur” mövzusunda təşkil olunan növbəti dərsdə Xılxına, Sadıqlı, Kolxəlfəli, Düzqışlaq, Köçvəlili kənd və Qarayazı qəsəbə tam orta məktəblərinin yuxarı sinif şagirdləri iştirak ediblər.

Şagirdlər əvvəlcə Mərkəzlə tanış olub, muzeydə sərgilənən eksponatlar haqqında ətraflı məlumatlar əldə ediblər. Məktəblərin tarix müəllimləri,  Mehriban Həsənova, Turan Əlizadə və Fatmanisə Aslanova şagirdlərə mövzuya dair geniş mühazirə səsləndiriblər. Qeyd olunub ki, hazırda respublikamızda hər bir quruculuq işində, şəhərsalmanın digər təzahürlərində biz Ulu Öndər Heydər Əliyevin fəaliyyəti sayəsində formalaşmış tarixi ənənənin davamını, bu sahədəki varisliyin bariz nümunəsini görürük. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın memarlığı və şəhərsalmasında yeni mərhələ başlamışdır və bu, Ulu öndər Heydər Əliyev irsinə sadiqlik nümunəsidir.

Sonra şagirdlər Mərkəzin kino zalında Ümummilli Lider Heydər Əliyevin şərəfli və zəngin həyat yolunu, dövlətçiliyə xidmətlərini və müstəqil Azərbaycan naminə göstərdiyi fədakar fəaliyyətini əks etdirən sənədli filmə tamaşa ediblər.

Məlumat üçün bildirirk ki, dərslər “Şəhərsalma və Memarlıq İli”nin sonunadək öncədən tərtib olunmuş qrafikə uyğun olaraq davam edir.

Keçidlər