Ağstafalılar doğum günündə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini böyük hörmət və dərin ehtiramla yad ediblər
10 may 2025 | 14:29
Xalqımızın xilaskarı, müasir müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Ağstafa rayon Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən anım tədbirində RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əmək kollektivləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.