Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafalılar Zəfər Gününün növbəti ildönümü ərəfəsində Şəhidlər Memorial Abidə Kompleksində qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad ediblər

06 noyabr 2026 | 16:03
Əvvəlcə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq “Əbədi məşəl” önünə əklil qoyub. Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Sonra müqəddəs üçrəngli bayrağımızın üzərindəki ayparanı vəsf edən abidəyə gül dəstələri düzülüb.
Qeyd olunub ki, bu tarixi uğur xalqımızın birliyi, əsgər və zabitlərimizin sarsılmaz iradəsi sayəsində mümkün olub və gələcək nəsillər üçün hər zaman qürur mənbəyi olaraq qalacaqdır. Qəhrəmanların adlarının uca tutulmasının ölkəmizdəki yüksək vətənpərvərlik ruhunun bariz nümunəsi olduğu ifadə olunub.
Vətənimizin uğrunda canından keçmiş şəhidlərimiz, sağlamlığını itirmiş qazilərimiz və rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri, Vətən sizə minnətdardır!
Keçidlər