Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafanın Dağ Kəsəmən kəndində vətəndaşların növbəti səyyar qəbulu keçirilib

03 oktyabr 2024 | 17:51
Ölkə rəhbərliyinin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Ağstafa RİH başçısı Seymur Orucov yerlərdə vətəndaşların səyyar qəbullarını davam etdirir. Müvafiq qrafikə uyğun olaraq növbəti səyyar qəbul Dağ Kəsəmən kənd 1 nömrəli tam orta məktəb binasında təşkil olunub. Qəbulda rayonun hüquq-mühafizə strukturlarının rəhbər şəxsləri, RİH başçısı aparatının və aidiyyəti üzrə təşkilatların nümayəndələri iştirak ediblər. RİH başçısı çıxış edərək qeyd edib ki, otuz bir il əvvəl 3 oktyabr 1993-cü ildə xalq öz seçimini edərək Ulu Öndər Heydər Əliyevi Prezident təyin etməklə ölkə tarixinin yeni mərhələsinin başlanğıcı, müstəqilliyin, sabitliyin və davamlı inkişafın, bugünkü qüdrətli, qalib Azərbaycanın təməlinin qoyulduğu gündür. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad edilərək Azərbaycanın suverenliyinin tam təmin olunması və ölkəmizin tərəqqisi naminə əldə olunan digər tarixi zəfərlər məhz Ulu Öndərin siyasi irsinin qətiyyətlə, uğurla həyata keçirilməsinin təntənəsidir. Dahi rəhbərin müdrik və uzaq görən siyasətinin məntiqi nəticəsi olaraq Azərbaycan müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi yalnız regionda deyil, həmçinin beynəlxalq miqyasda da söz sahibi olan bir dövlətə çevrilməyi bacarmışdır.                 Səyyar qəbulda vətəndaşların təklif və müraciətləri qəbul olunub, qaldırılan hər bir məsələ həlli ilə bağlı nəzarətə götürülüb. Aidiyyəti üzrə məsul şəxslərə konkret tapşırıqlar verilib.
Keçidlər