Ağstafanın Düzqışlaq, Muğanlı və Zəlimxan kəndlərindən olan Vətən müharibəsi şəhidlərimizin şəhadətə ucalmasının ikinci ildönümləri qeyd olunub.
Şəhidlərimizin ailələri ziyarət olunub, əziz xatirələri ehtiramla anılıb.
Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu, Taleh Namazov 29.07.1999-cu il tarixində Düzqışlaq kəndində anadan olub. 44 günlük Vətən müharibəsində Füzulinin azadlığı uğrunda gedən şiddətli döyüşlərdə 27 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
01.05.1995-ci il tarixində Muğanlı kəndində dünyaya göz açan Aqilin vətənə olan sonsuz sevgisi onun torpaqlarımızın işğaldan azad olunması istiqamətində 44 gün davam edən Vətən müharibəsində könüllü olaraq savaşmasına sövq edib. O, 27 oktyabr 2020-ci il tarixində Füzuli döyüşlərində şəhidlik zirvəsinə ucalıb. Doğma kəndində dəfn olunan Aqil, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
18.10.1994-cü tarixdə Zəlimxan kəndində anadan olan Fərrux da bir çox oğullarımız kimi Vətən müharibəsində könüllü olaraq savaşıb. 27.10.2020-ci il tarixində Füzulinin azadlığı uğrunda gedən amansız döyüşlərdə şəhadətə ucalan şəhidimiz “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.