Ağstafanın Gürcüstanla həmsərhəd olan Böyük Kəsik kəndində vətəndaşların növbəti səyyar qəbulu keçirilib
19 sentyabr 2025 | 17:58
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun müvafiq qrafikə uyğun olaraq Böyük Kəsik kənd tam orta məktəb binasında keçirdiyi səyyar qəbulda məsul şəxslər və kənd sakinləri iştirak ediblər.
RİH başçısı hər kəsi 20 Sentyabr - Dövlət Suverenliyi Gününün birinci ildönümü münasibəti ilə təbrik edərək bildirib ki, məhz Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi ilə torpaqlarımız azad olundu, ölkəmizin suverenliyi bərpa edildi və dövlətimizin təməli daha da möhkəmləndirildi.
Qəbulda vətəndaşların müraciət və təklifləri qeydiyyata alınaraq nəzarətə götürülüb. Məsələlərin həlli istiqamətində aidiyyəti üzrə məsul şəxslərə konkret tapşırıq və müvafiq tövsiyələr verilib.






