Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafanın Muğanlı kəndindən olan Vətən müharibəsi şəhidimiz Bahaləddin İsmayılovun ikinci il dönümündə ailəsi ziyarət olunub

01 noyabr 2022 | 17:49

Ağstafanın Muğanlı kəndindən olan Vətən müharibəsi şəhidimiz İsmayılov Bahaləddin Temraz oğlunun ikinci il dönümündə  ailəsi ziyarət olunub. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və aparatının məsul əməkdaşları ilə birlikdə şəhidimizin ailə üzvləri ilə söhbət aparıb, onların qayğıları ilə yaxından maraqlanıb. Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqqçusu olan Bahaləddin, oktyabrın 29-da Şuşa şəhərinin azadlığı uğrunda gedən şiddətli döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və ölümündən sonra “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin  azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah bütün şəhidlərimizə rəhmət etsin!           

Keçidlər